Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz “Qəbələ” də qitənin 2-ci dərəcəli klub turnirində mübarizəyə qoşulub.
Tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan “qırmızı-qaralar” ilk matçına evdə çıxıb. Roman Qriqorçukun komandası doğma azarkeşləri önündə Yunanıstan təmsilçisi PAOK-la üz-üzə gəlib. 
Digər Ellada  təmsilçisi “Panatinaikos”u mübarizədən kənarlaşdıraraq, sözügedən mərhələyə adlayan qəbələlilərin bu rəqibinə qarşı necə oyun göstərəcəyi maraqla gözlənirdi. Görüş qolsuz bərabərliklə yekunlaşıb və "qırmızı-qaralar" qrup oyunlarına xalla başlaya bilib.
 
UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur
17 sentyabr
 
“Qəbələ” (Azərbaycan) – PAOK (Yunanıstan) 0:0
Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Dieqo Sevilya (İspaniya)
Bakı. “Bakcell Arena”
 
 
“Qəbələ”: Dmitri Bezotosnı (q.), Voislav Stankoviç,  Vitali Vernidub, Rikardinyo, Arif Daşdəmirov, Aleksey Qay, Sergey Zenyov, Ermin Zets, Meza Kolli,  Dodo (k), Aleksey Antonov.
Ehtiyat oyunçular:  David Pietrzkieviç, Məhəmməd Mirzəbəyov, Rəşad Sadiqov, Elvin Camalov, Samir Zərgərov, Vaqif Cavadov, Fakunda Pereyra.
Baş məşqçi: Roman Qriqorçuk.
PAOK: Robin Olsen (q), Migel Vitor, Rikardu Koşta, Giorgos Tsavellas, Stelios Kitsiu, Tsiolis, Robert Mak, Harri Rodriqes, Erik Sabo, Dimitris Pelkas, Stefanos Atahansiadis (k).
Ehtiyat oyunçular: Panayotis Glikos, Stelios Malezas, Dimitris Konstantinidis, Eyal Qolasa, Xarilaos Xarisis, Jayro da Silva, Dimitar Berbatov.
Baş məşqçi: İqor Tudor.
 
1. Borussiya (D) 1 1 0 0 2:1 3
  
2. PAOK 1 0 1 0 0:0 1
  
3. Qəbələ 1 0 1 0 0:0 1
  
4. Krasnodar 1 0 0 1 1:2 0
 

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp