Premyer liqanın V turu çərçivəsində səfərdə “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” hazırlığına start verib. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" Lənkərandakı bazasında dünəndən etibarən bir araya gələrək məşqlərini davam etdirir. 
Heyətdə zədəli futbolçu olmasa da, Sadio Tounkaranın “ Böyük oyun”da meydana çıxması sual altındadı. Artıq 4 aydı ki, əməliyyat olunan malili futbolçu komanda ilə birgə məşqlərə qoşulsa da, meydana çıxmağa tam hazır deyil. 
Sentyabr ayının 18-nə qədər hazırlığı doğma şəhərdə davam etdirəcək Yunis Hüseynovun komandası sonra matç üçün paytaxta yola düşəcək. 
Xatırladaq ki, qarşıdakı “Böyük oyun” sentyabr ayının 20-də saat 21.00-da “ Bakcell Arena” da  baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp