Bu gün Avropa Liqasının qrup mərhələsi start götürür. UEFA-nın rəsmi saytı turnir iştirakçılarının sıralarında ən çox diqqət yetiriləsi futbolçuların adlarını açıqlayıb. Siyahıda 16 oyunçunun adı əks olunub. Bunlar arasında “Qarabağ”ın qol ümidi Reynaldonun adı da qeyd olunub.
Qitənin ali futbol qurumunun saytı ağdamlıların forvardını “terrorçu” kimi təqdim edib: “Reynaldo Azərbaycanda dərhal parlamadı. Ancaq indi “atlılar”ın hücum xəttini onsuz təsəvvür etmək mümkünsüzdü. Reynaldo yorulmadan rəqib komandaların müdafiə xəttini “terror altında” saxlayır. Onun möhtəşəm texnikası və yüksək sürəti mütamadi fərqlənməsinə imkan yaradır”.
Qeyd edək ki, bu gecə Reynaldo UEFA-nın yağdırdığı tərifə əyani şəkildə sübut etmək imkanı qazanacaq. Saat 00:05-də Londonda “Tottenhem”ə qarşı start götürəcək oyunda braziliyalı qoleadora inam olduqca böyükdü.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp