Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” İngiltərədə yerli “Tottenhem”in qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Maurisio Poçettino bu oyunla bağlı klub saytına müsahibə verib: 
– Avropa Liqasının qrup mərhələsini necə dəyərləndirirsiz?
– Qrup oyunları digər matçlara baxanda çox çətindi. Biz də maraqlı qrupa düşmüşük. “Monako”, “Anderlext” və “Qarabağ” ayrı-ayrılıqda maraqlı komandalardı. İlk oyunumuz evdə “Qarabağ”a qarşı olacaq. Bu çox vacib matçdı. Azərbaycan klubu mənim üçün sürpriz komandadı. Çünki onlar qrupa qədər gəlib çıxıblar və ilk dəfə bu ölkədən olan komandaya qarşı oynayacağıq. Həmçinin “Qarabağ”ın maraqlı oyun taktikası var. 
– “Qarabağ”la matçda 3 xal qazanmağı düşünürsüz? Ümumiyyətlə, “Tottenhem” qrupun favoritidi?
– Fikrimcə, heç bir komandanı kiçiltmək olmaz. Hamısı ilə matçlar vacibdi. Biz aqressiv futbol oynayırıq. “Qarabağ”a qarşı da belə çıxış edəcəyik. Məqsədimiz doğma arenada 3 xal qazanmaqdı. Premyer Liqanın son turunda “Sanderlend”i məğlub etmişik və bu bizə ruh yüksəkliyi gətirib.
– “Qarabağ”ın “Seltik”ə qarşı oyununu izlədinizmi?
– Əlbəttə, onların “Seltik”ə qarşı matçlarına baxdım və çox yaxşı oynamışdılar. Hücum xəttində çox güclü futbolçuları var və bu vaxtda aqressiv oynayırlar. Dinamik və qısa paslarla oynamağı sevirlər. Buna görə də heç kim rəqibi zəif saymasın.
– Azərbaycan çempionatı Avropada o qədər də tanınmır. Amma “Qarabağ” ölkəsinin çempionudu və ölkə kubokunun sahibidi…
– Bunu bilirik. Bu komanda ilə matça hazırıq. 
– Rəqib komandanın heyətində Avropada təcrübəsi olan futbolçular var? Bunu nəzərə almısız?
– Bəli, mən buna diqqət yetirmişəm. Bilirəm ki, Avropa təcrübəsi var və çətin görüş olacaq. Hər şeyi sabah (bu gün) görəcəyik.
– Musa Dembele və Rayon Mason oynamayacaq. Bu sizə çətinlik yaradacaq?
– Kristian Eriksen də heyətdə olmayacaq. İstərdik ki, onlar meydanda olsun.
– Nabil Bentaleb nə zaman dönəcək?
– Bu, bir həftə sonra mümkün ola bilər.
Hazırladı: AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp