Şahin Diniyevin “Kəpəz”in “sükanı arxası”na keçməsindən sonra Məşqçilər Komitəsində vakant yer açıldı. Bu yerə hazırda işsiz olan Əsgər Abdullayevin gətiriləcəyi deyilsə də, məsələ rəsmi qaydada hələ də öz əksini tapmayıb. 
Vəziyyətin nə yerdə olduğunu dəqiqləşdirmək üçün qurumun sədri Vaqif Sadıqovla əlaqə saxladıq. Təcrübəli mütəxəssis məsələnin nə vaxt həll olacağını bilmədiyini söylədi: “Əsgər Abdullayev Məşqçilər Komitəsində yer alacaq. Ancaq bunun nə vaxt həyata keçəcəyini dəqiq söyləyə bilmirəm. Hazırda rəhbərlik Bakıda yoxdu. Düşünürəm ki, Əsgər müəllim tezliklə Məşqçilər Komitəsində rəsmən işləməyə başlayacaq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp