Bu gün Avropa Liqasının qrup mərhələsin ilk turunda “Tottenhem” Azərbaycan təmsilçisi “Qarabağ”ı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, oyundan öncə London klubunun yarımmüdafiəçisi Tom Karoll klubun rəsmi saytına açıqlama verib. 
İngilis futbolçu komandada əhval-ruhiyyənin korlanmaması üçün “Qarabağ” üzərində qələbə qazanmalı olduqlarını bildirib: “Günün sonunu yüksək əhval-ruhiyyədə bitirməliyik. Bizim kifayət qədər yaxşı heyətimiz var. Bazar günü qazanadığımız qələbədən sonra daha bir qalibiyyət əldə etməliyik. “Qarabağ”la matçda 3 xal qazansaq, bizim üçün əla olacaq və daha pozitiv olacağıq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp