Topaz Premyer Liqasında ilk 4 turdan sonra 6 xalla 5-ci sırada qərarlaşan “Zirə” daha bir futbolçu ilə güclənib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
Mənbədə bildirilir ki, braziliyalı Dieqo de Souza Qonçalves Qusmao “qartallar”ın sırasına qoşulub. Dieqo paytaxt təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb. 
Karyerası əsasən vətəni ilə bağlı olan Dieqo Souza azərbaycanlı futbolsevərlərə də çox tanışdı. Belə ki, yarımmüdafiəçi bir müddət “Xəzər Lənkəran”ın heyətində özünü ən yaxşı tərəfdən göstərib. "Sambaçı" bu yay yenidən Lənkəran təmsilçisinə keçsə də, FİFA-nın kluba məlum cəzası ilə əlaqədar olaraq meydana çıxa bilməyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp