İspaniya nəhəngi "Barselona" Arda Turanla bağlı yeni qərar qəbul edib. Futbolinfo.az xəbər verir ki, katalon klubu türkiyəli futbolçu üçün FİFA-ya müraciət edəcək. 
İspaniya mətbuatının yazdığına görə, buna səbəb Çempionlar Liqasının qrup mərhələsinin ilk turundakı "Roma" ilə matçda Rafinya Alkantaranın ciddi zədə almasıdı.  "Barselona" bu məsələ ilə bağlı müraciətində FİFA-dan Ardanın oyunlara yanvar ayından tez çıxmağını tələb edəcək.
Qeyd edək ki, 28 yaşlı futbolçu "Atletiko"dan "Barselona"ya bu ilin iyulunda transfer olunub. Lakin ali futbol qurumu Kataloniya klubuna transfer qadağası tətbiq etdiyi üçün o, cari ilin sonunadək yeni komandası ilə oyuna çıxa bilməz.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp