İspaniya çempionu "Barselona" ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, katalonların futbolçusu Rafinya Alkantara əməliyyat olacaq.
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Roma" ilə maçtın 2-ci hissəsində oyuna daxil olan braziliyalı yarımmüdafiəçi ciddi xəsarət alıb. Sağ dizindən əməliyyat olacaq 22 yaşlı futbolçu mövsümün sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Barselona" yetirməsi olan Rafinya 2013/2014 mövsümündə icarə əsasında "Selta"da çıxış edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp