"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Makkabi Tel-Əviv" üzərində qazanılan qələbəni şərh edib. Futbolinfo.az xəbər verir ki, ölkə çempionatında uğursuz çıxış edən londonluların portuqaliyalı çalışdırıcısı İsrail klubu üzərindəki qələbənin komandasına ruh yüksəkliyi qazandırdığını bildirib.
Mütəxəssis özünü möhtəşəm məşqçi adlandırmaqla da diqqətləri cəlb edib: "Bu qələbə bizə ruh yüksəkliyi qazandırdı. Oyun tam biz istədiyimiz kimi getdi. Qələbə hissi tam fərqlidi. Mən uduzmağı sevmirəm. Uduzanda da bunun dərdin çəkmirəm. Mən bir çempionam. Mən qalib gələndə də, məğlub olanda da möhtəşəm baş məşqçiyəm. Sadəcə olaraq, siz fərqli düşünürsünüz".
Qeyd edək ki, son İngiltərə çempionunu ÇL-nın qrup mərhələsinin ilk matçında "Makkabi Tel-Əviv"i 4:0 hesabı ilə məğlub edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp