Avropa Liqasının qrup mərhələsi çərçivsində keçirilən "Qəbələ" – PAOK oyununda meydan sahiblərinin start heyəti maraq doğurur. Futbolinfo.az xəbər verir ki, Derlis Meza Kollinin əsas heyətə cəlb edilməsindən sonra ilk 11-likdə azərbaycanlı futbolçu yoxdu. 
Rəşad Sadiqovu ehtiyatda oturdan baş məşqçi Roman Qriqorçuk yalnız sol cinahda Arif Daşdəmirova güvənib. Onun milliləşən olduğunu nəzərə alsaq, heyət başdan-başa legionerlərdən ibarətdi.
Ehtiyat oyunçular skamyasında isə Elvin Camalov, Rəşad Sadiqov, Samir Zərgərov, Vaqif Cavadov və milliləşən Məhəmməd Mirzbəyov qərarlaşıblar. David Pietrzkeviç və Fakundo Pereyra da öz saatını gözləyir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp