19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa Çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Belçika millisi ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb. 
Yaiza Releanın dubl etdiyi oyunda millimizin digər qolunu Aysun Əliyeva vurub.
Yığmamız qrup mərhələsi çərçivəsində sonuncu oyununu sentyabrın 20-də xorvatiyalı həmyaşıdlarına qarşı keçirəcək.
Xatırladaq ki, U-19 ilk oyunda Uelsi 4:1 hesabı ilə məğlub edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp