Ötən gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz “Qəbələ” evdə Yunanıstan PAOK-u ilə 0:0 bərabərə qalıb.
"Bakcell Arena"dakı oyundan sonra saytımıza açıqlama verən "Qəbələ"nin ukraynalı yarımmüdafiəçisi Aleksey Qay bu sözləri deyib:
– Sizcə, qələbə üçün nə çatmadı?
– Oyunumuz ilk hissədə elə də yaxşı olmadı. Emosiyalar hiss olunurdu. Amma ikinci hissədə fərqli çıxış etdik və şanslarımız oldu, amma boşa verdik.

– Komandanız 2 xal itirdi, ya 1 xal qazandı?
– Düzdü, 3 xal qazana bilərdik. Amma 1 xal əldə etdiyimizə görə də üzülmürəm. Əhval-ruhiyyəmizi korlamayıb, oynamaq lazımdı. Qarşıda bizi daha çətin matçlar gözləyir.

– Premyer Liqa və Avroliqada fərqli heyətlərlə çıxış etməyiniz "Qəbələ"nin oyununa nə dərəcədə təsir göstərir?
– Bunun çıxışımıza elə də ciddi təsir etdiyini düşünmürəm. Yaxşı heyətə malik olmağımız rotasiyaya əl atmağa imkan yaradı. Bu da futbolçuları daha böyük yüklənmədən xilas edir.

– Derli Meza Kolli ilə necə anlaşdız?
– O, yaxşı oyunçudu. Meydanda nəyi necə etmək lazımdı bilir. Bundan sonra daha yaxşı anlaşacağıq.

– Qapıya zərbə vurmaqda sanki çətinlik çəkirdiz?
– Düzdü, hücum xətti ilə bağlı daha yaxşı çalışmalıyıq. Bu baxımdan əlimizdən gələni edəcəyik. Növbəti oyunlarda çatışmazlığı aradan qaldırmaq mümkündü.

AĞA