Məlum problemlər səbəbindən futbolçularını sifariş edə bilməyən “Xəzər Lənkəran”da gedişlər bir-birini əvəzləyir. Son məlumata görə daha bir oyunçu cənub klubunun düşərgəsini tərk edib. Söhbət “Simurq”dakı çıxışlarından tanıdığımız qapıçı Pavel Kapsadan gedir.
Futbolinfo.az saytının məlumatına görə, Kapsa Gürcüstana yollanıb. Bu səfərin futbolla bağlılığı olmasa da, Kapsa bizə açıqlamasında bildirdi ki, variantları müzakirə edir: “Hazırda konkret danışa bilməyəcəyəm. Sözsüz ki, futbol oynamaq istəyirəm. Gələcəkdə nə olacağı bilinəcək”.
Shares: