“Mən “Qarabağ”ın oyunlarını izləməyə çalışıram. Düzdü, “Tottenhem”lə keçirilən oyuna 90 dəqiqə baxmaq imkanım olmadı. Sadəcə, epizodlara baxdım. “Qarabağ” yaxşı mübarizə apardı”.
Bu sözləri futbolinfo.az saytına açıqlamasında Makedoniya futbolunun canlı əfsanəsi, ötənlərin tanınmış yarımmüdafiəçisi Artim Şakiri deyib.
Vaxtilə Qurban Qurbanovun rəhbərliyi altında “Qarabağ”da oynamış Şakiri sabiq komandasına inanır: “Tottenhem”ə məğlubiyyəti normal qarşılamaq lazımdır. Çünki rəqib böyük klubdur. Düşünürəm ki, “Qarabağ”ın potensialı az deyil. Komanda burada oynamaqla çox böyük təcrübə qazanacaq. Futbolçular diqqət mərkəzində olacaqlar. Hesab edirəm ki, “Qarabağ” heç də zəif komanda deyil və qrup mərhələsində ikincilik uğrunda mübarizə apara bilər”.
Qeyd edək ki, məşhur makedoniyalı Ağdam klubu ilə Azərbaycan kubokunun qalibi olub. Maraq üçün əlavə edək ki, Artim karyerasını məhz “Qarabağ”da bitirib.