FİFA-nın baş katibi Jerom Valke vəzifəsindən kənarlaşdırılıb. Futbolinfo.az xəbər verir ki, bu barədə qrumun rəsmi saytı məlumat yayıb. 
Onunla bağlı məsələ vəzifəsindən kənarlaşdırıldıqdan sonra da bitməyib. Belə ki, ddı korrupsiya qalmaqalında hallanan Valke ilə bağlı FİFA-nın İntizam Komitəsi araşdırma aparacaq.
Xarici KİV-də yazılanlarda isə daha bir diqqətçəkən məqam var. Onlar bildirirlər ki, Valke 2014-cü ildə Braziliyada keçirilən Dünya çempionatında qeyri-qanuni bilet satışı ilə məşğul olub. Bu fəaliyyəti nəticəsində baş katib 2 milyon avroya qədər pul qazanıb.
Shares: