Topaz Premyer Liqasının V turunun oyunlarını idarə edəcək hakim briqadalarında müəyyən dəyişikliklər edilib. Futbolinfo.az xəbər verir ki, FİFA referisi Əliyar Ağayev səhhətində yaranmış problemlər səbəbindən 5-ci turda meydançaya çıxmayacaq. Odur ki, AZAL – “İnter” görüşündə İnqilab Məmmədov idarəçilik edəcək.
Bundan əlavə, Ağayevin xəstələnməsi "Böyük oyun"da da dəyişiklik olmasını zəruri edib. Belə ki, əlavə köməkçi hakim kimi təyinat aldığı “Neftçi” – “Xəzər Lənkəran” görüşündə onu Fariz Yusifov əvəzləyəcək.