Avropa Liqasının qrup mərhələsində Dortmund "Borussiya"sı evdə "Krasnodar"a 2:1 hesabı ilə qalib gəlib. Futbolinfo.az xəbər verir ki, həmin matçda yeni azarkeş rekordu qırılıb.
UEFA-nın rəsmi saytının yazdığına görə, sözügedən qarşılaşmanı stadiondan 55 min 200 tamaşaçı izləyib.
Qeyd edək ki, əvvəlki rekord 2011/2012 mövsümündə "Şalke" – "Styaua" oyununda (53 min 123 azarkeş) qeydə alınıb.
Shares: