Avropaya gələn suriyalı qaçqınlara dəstək olan Madrid “Real”ı miqrantlara qarşı daha bir jest edib. Futbolinfo.az xəbər verir ki, İspaniya təmsilçisinin prezidenti Florentino Peres macarıstanlı jurnalist Pedro Lazlonun badalaq vuraraq, yerə yığdığı suriyalı ailəni klubun ofisinə dəvət edib.
O, suriyalı ailəyə “Real”ın qazandığı mükafatları göstərib. Peres həmçinin madridlilərin fanatı olan suriyalı qaçqın Osama Abdul Mohsenin kiçik oğluna “Santyaqo Bernabeu” stadionunda futbol oynamaq şəraiti yaradıb. Klub rəhbəri həmin ailəyə kömək edəcəklərini də bildirib.