Dünən Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununu keçirən “Qəbələ”nin heyətində ən fəallardan olan Dodo matçın son 21 dəqiqəsini kənardan izləmək məcburiyyətində qaldı. Buna səbəb komandanın kapitanının zədələnməsi oldu. Bu gün braziliyalı yarımmüdafiəçinin durumuna aydınlıq gəlib.
Futbolinfo.az saytına klubdan verilən məlumata görə, "sambaçı"nın səhhətində ciddi problem yoxdu. O, ilkin tibbi müayinədən keçdikdən sonra komanda yoldaşları ilə Qəbələyə yollanıb. 
Bu gün bərpa prosesi keçdikdən sonra Dodo digər komanda üzvləri kimi, sentyabrın 21-də baş tutacaq Topaz Premyer Liqasının 5-ci turunda üz-üzə gələcəkləri “Sumqayıt”la ev oyununa hazırlaşacaq.
Qeyd edək ki, “Qəbələ”nin “lazaret”ində hazırda bir futbolçu yer alıb. Rafael Santosun 3 həftədən sonra sıraya dönməsi gözlənilir.
Shares: