“Qəbələ” Avropa Liqasının qrup mərhələsinin ilk oyununda Yunanıstan PAOK-u ilə qarşılaşıb. Futbolinfo.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan oyundan sonra yunan klubunun hücumçusu Giorgos Tsavellas matç haqqında fikirlərini bildirib.
O, açıqlamasında komandasının qazandığı 1 xalın vacib olduğunu deyib: “Biz yaxşı oynadıq. Hər kəs PAOK-un 2 xal itirdiyini desə də, mən bununla razılaşmıram. Biz 1 xal qazandıq. Çünki “Qəbələ” asan komanda deyil. Ümumiyyətlə, qrupda asan rəqib yoxdu. Bizim üçün yaxşı nəticə saymaq olar. Səfərdə çıxış edirdik və məğlub olmadıq. Növbəti matçlarda qələbə qazanmağa çalışacağıq. Ümid edirəm ki, növbəti mərhələyə adlayan iki komandadan biri biz olacağıq”.