Sabah Topaz Premyer Liqasının 5-ci turunun oyunları start götürür. Futbolinfo.az xəbər verir ki, 3 günü əhatə edəcək turun ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.
“AZAL Arena”nın süni ot örtüyünün sıradan çıxması səbəbindən ev oyunlarını “Dalğa Arena”da keçirən AZAL “İnter”i qəbul edəcək. İlk oyun günü paytaxtda baş tutan yeganə matçın favoriti qonaqlardı. İlk 4 turda qol üzünə həsrət qalan nominal meydan sahibləri, xal ehtiyatlarını da hələ ki, zənginləşdirə bilməyiblər. “İnter” isə ötən tur “Qəbələ” kimi ciddi rəqibdən 3 xal almaqla, iddialarını ortaya qoydu. Əgər “bankirlər” meydan sahiblərinə barmaqarası yanaşmasalar, sabahkı matçdan da 3 xalla ayrılacaqlar. İnqilab Məmmədovun idarə edəcəyi görüşdə Tərlan Əhmədovun komandasında “inqilab” baş verməsə, “təyyarə” cari mövsümdə 5-ci dəfə “qəzaya uğrayacaq”. Maraqlıdı ki, bu komandalar arasında keçirilən 26 matçda tərəflər orta hesabla heç 1 dəfə fərqlənə bilməyiblər. AZAL-ın 20 qoluna, “İnter” 24 sərrast zərbəylə cavab verib. Qələbə nisbətində üstünlük də Zaur Svanadzenin yetirmələrinin tərəfindədi: 9-5.
Turun ilk oyun günündə baş tutan digər qarşılaşma da saat 21:00-da start götürəcək. “Zirə” doğma meydanda “Rəvan”ı qəbul edəcək. Ötən mövsüm 1-ci divizionda qərarlaşan bu komandalar indi turnir cədvəlinin müxtəlif qütblərində yer tutub. Meydan sahibləri 4 turdan sonra məğlubiyyət acısı dadmayan 2 komandadan biridirsə, “Rəvan” qələbə üzünə həsrət qalanlar sırasında AZAL və “Sumqayıt”a “yol yoldaşlığı” edir. Ancaq Adil Şükürovun komandası da “qaz vurub, qazan doldurmur”. Komanda keçirdiyi 4 oyunun 3-də heç-heçələri sıralayıb. Elə Emin Quliyevin rəhbərlik etdiyi “Rəvan”la matçda da onlar favorit kimi göstərilə bilməz. Hər iki komanda sönük, baxımsız futbol sərgiləyir ki, belədə, məhsuldar oyun izləniləcəyini söyləmək mümkün olmur. Qarşılaşmanın taleyini tək qol həll edə bilər. Premyer Liqada indiyədək üz-üzə gəlməyən tərəflərin ustalıq səviyyəsini nəzərə alsaq, həmin tək qol istənilən komandadan gələ bilər. Ancaq oyun başladığı kimi bitsə də, buna təəccüblənməyə dəyməz.
Bazar günü daha iki görüş keçiriləcək. İlk oyun Gəncədə baş tutacaq. Ötən tur çempionatda ilk qələbəsini rəsmiləşdirən “Kəpəz” son 2 mövsümün çempionu “Qarabağ”ı qəbul edəcək. Dünən Londonda, 2 gün sonra isə Gəncədə oynamaq çox qəliz məsələdi. Qurban Qurbanovun komandası nə qədər təcrübəli olsa da, oyuna motivasiya baxımından axsayacağını proqnozlaşdıra bilərik. Qurbanovun ixtiyarında kifayət qədər futbolçu olduğundan, komandasının yorğunluq sarıdan problem yaşamacağını düşünürük. Amma Ağdam təmsilçisinin “Kəpəz”lə görüşə köklənə biləcəyini söyləyə bilmirik. Şahin Diniyev yetirmələri üçünsə bu baxımdan problem yaşanmayacaq. Son dövrlərdə ölkədə hegemonluq edən, Avropada səs salan komandaya qarşı oynamaqdan böyük stimul ola bilməz. Heç şübhəsiz ki, “Kəpəz”in futbolçuları bacardıqlarından da artığını etməyə çalışacaqlar. Bu baxımdan “Qarabağ” Gəncədən qələbəylə dönməsə, təəccüblənməyə dəyməz. Maraqlıdı ki, tərəflər indiyədək 37 dəfə üz-üzə gəlib və bu oyunlarda ciddi üstünlük qazanan tərəf yoxdu: “Kəpəz” 14, “Qarabağ” isə 15 dəfə qələbəni bayram edib. Topa fərqi isə Gəncə təmsilçisinin xeyrinədi: 49-44. Daha bir diqqətçəkən məqam bundan ibarətdi ki, “Kəpəz” sonuncu dəfə “Qarabağ” üzərində qələbəni əsrin əvvəllərində əldə edib – 2002-ci ilin aprel ayında. Elə bu faktor da komandanın əlavə motivasiyasına təsir göstərə bilər.
Bazar günü daha bir görüş paytaxtda “Neftçi”ylə “Xəzər Lənkəran” arasında keçiriləcək. “Böyük oyun”un “kiçik iştirakçıları” cari mövsümdə hələ ki, qeyri-sabit çıxışla yadda qalırlar. Baş məşqçi kimi ilk addımlarını atan Samir Əliyev, top-məşqçilərdən sayılan Yunis Hüseynovu hansı kozırların hesabına yıxmağa çalışacaq? Təəssüf ki, “ağ-qaralar”ın heyəti və hazırda sərgilədiyi futbol böyük iddialardan xəbər vermir. Lənkəran təmsilçisinin problemi isə ağlamalıdı. Komandanı ağlar günə qoyan rəhbərlik indi Yunis Hüseynovu 12-13 oyunçunun ümidinə qoyub ki, belədə, təcrübəli mütəxəssisdən xarüqələr yaradan komanda tələb etmək ayıb olar. Qısası, indiyədək 33 dəfə üz-üzə gələn və bu oyunlardan 12-də “Neftçi”nin və 7-də “Xəzər Lənkəran”ın qalib gəldikləri oyun bu dəfə geniş rezonansa səbəb ola bilməz.
Turun son matçı bazar ertəsi keçiriləcək. PAOK-u əlindən buraxan, 4-cü turda “İnter”ə məğlub olan “Qəbələ” yaralı aslanı xatırladır. Çətin ki, Roman Qriqorçukun komandası bu dəfə də xal itkisi ilə barışsın. Üstəlik, rəqib indiyədək qələbə üzünə həsrət qalan “Sumqayıt”dı. Ukraynalı mütəxəssisin “Gənclik şəhəri”nin təmsilçisinə qarşı matçda daha çox ehtiyat qüvvəyə güvənəcəyini proqnozlaşdıra bilərik. Eyni zamanda, oyun praktikası toplamaq üçün komandaya yeni qoşulan futbolçulara da şans veriləcəyi də inandırıcı görünür. Çünki eksperimentlər, müxtəlif taktiki gedişləri sınamaq üçün “Sumqayıt” ən münasib rəqiblərdən biridi. Qonaqların bu oyundan xalla ayrılacağı inandırıcı görünmür. Elə statistika da bunu göstərir. Tərəflər arasında baş tutan 12 görüşdən 10-da sevinən tərəf “Qəbələ” olub. “Sumqayıt” indiyədək cəmi bir dəfə 3 xal qazanmağı bacarıb.
Topaz Premyer Liqası
5-ci tur
5-ci tur
19 sentyabr (şənbə)
21:00. AZAL – “İnter”
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Asim Xudiyev
“Dalğa Arena”
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Asim Xudiyev
“Dalğa Arena”
21:00. “Zirə” – “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Nahid Əliyev, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Nahid Əliyev, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu
20 sentyabr (bazar)
16:30. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu
21:00. “Neftçi” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mehman Mahmudov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
“Bakcell Arena”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mehman Mahmudov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
“Bakcell Arena”
21 sentyabr (bazar ertəsi)
21:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Nail Nağıyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Qəbələ şəhər stadionu
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Nail Nağıyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Qəbələ şəhər stadionu