Avropa Liqasının qrup mərhələsində "Fənərbaxça" Norveçin "Molde" klubuna 1:3 hesabı ilə məğlub olub. Futbolinfo.az xəbər verir ki, oyundan sonra "ağ-mavilər"in futbolçusu Fredrik Qulbrandsen "sarı-lacivərt"li klubu və ulduz futbolçusu Robin van Persini ələ salıb.
23 yaşlı futbolçu "Tvitter" hesabından hollandiyalı forvard matçdan sonra "Molde"nin hücumçusu Tommi Hoylandın arxasından qaçıb, forma istədiyi yazıb. Bu paylaşımla Qulbrandsen Avropanın məşhur futbolçularının çıxış etdiyi İstanbul təmsilçisini və hollandiyalı ulduzu məsxərəyə qoyub.