UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin ilk turunun oyunlarının rəmzi komandası açıqlanıb. Futbolinfo.az xəbər verir ki, maraqlıdı ki, bu heyətdə son turda səfərdə "Roma" ilə 1:1 bərabərə qalan son ÇL-nın qalibi "Barselona"nın heç bir üzvü yer almayıb.
Sizi ilk turun rəmzi "11-liy"i ilə tanış edirik:
Qapıçı: Buffon ("Yuventus")
Müdafiəçilər: Pivariç ("Dinamo" Zaqreb), Bonuççi ("Yuventus"), Dante ("Volfsburq"), Florenzi ("Roma")
Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("Bayer" Leverkuzen), Di Mariya (PSJ), Qaytan ("Benfika")
Hücumçular: Qrizman ("Atletiko" Madrid), Ronaldo ("Real" Madrid), Halk ("Zenit")