Yaxın Şərqdə baş verən müharibələrdən sonra ölkəsini tərk edib, Avropaya üz tutan suriyalı qaçqınların sayı günü-gündən artır. Futbolinfo.az xəbər verir ki, "Barselona" klubu Beynəlxalq Qızıl Xaç komitəsi ilə birlikdə doğma yurdlarından didərgin düşmüşlərə yardım kampaniyasına başlayıb.
Belə ki, klubun rəsmi "tvitter" səhifəsindən verilən məlumata görə, Katalon təmsilçisinin qaçqınlara maddi yardım, onların Avropaya inteqrasiyası və digər işlərində yardımçı olacaqları bildirilib. Həmçinin, "Barselona"lı futbolçuların forma satışından və komandanın oynayacağı matçlarda da bağışlar toplanacağı deyilib.
Qeyd edək ki, bəzi məşhur klublar da sığınmacılara müxtəlif məbləğdə pul yardımı ayırıblar.