Türkiyə PTT 1-ci Liqasında 5-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" da növbəti matçına çıxıb. 
 
Adıçəkilən komanda doğma azarkeşlər önündə "Trabzon"la üz-üzə gəlib. Görüş İzmir təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Ağayev bu oyunda 90 dəqiqə forma geyinib.
 
Qeyd edək ki, "Karşıyaka" 5 xalla 11-ci pillədə qərarlaşıb.
Shares: