UEFA-nın Apelyasiya Komitəsi Xorvatiya Futbol Federasiyasının şikayətini qəbul etməyib. Futbolinfo.az xəbər verir ki, xorvatlar Avro-2016-nın seçmə mərhələsi oyunlarında silinmiş 1 xalın bərpası üçün müraciət etmişdilər.
İtaliya millisinə qarşı oyunda meydançada əks olunmuş svastikaya görə cəzalandırlmış balkanlılara həm də iki oyunu azarkeşsiz oynamaq cəzası və 100 min avro da pul cəzası verilmişdi. Apelyasiya Komitəsi instidenti təkrar araşdırdıqdan sonra xal silinməsinin qüvvədə qalmasını məqbul bilib.
Qeyd edək ki, Xorvatiya millisi hazırda Azərbaycan yığma komandasının da yer aldığı qrupda 14 xalla 3-cü pillədə qərarlaşıb.