"Bakcell Arena"nın ot örtüyünün "Neftçi" – "Xəzər Lənkəran" matçına kimi hazır vəziyyətə gətirilməsi məqsədi ilə hər iki komanda oyun öncəsi son məşqini Bakı Olimpiya Stadionunda keçirəcək. Futbolinfo.az xəbər verir ki, hazırlıq Olimpiya Stadionunun məşq meydançasında baş tutacaq. 
Məlum dəyişikliklə əlaqədar olaraq oyun öncəsi təşkil olunacaq brifinqdə iştirak etmək istəyən jurnalistlərə "Neftçi" tərəfindən avtobus ayrılacaq. Avtobus saat 18:45-də "Gənclik" metrostansiyasının qarşısından yola düşəcək.
Xatırladaq ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Əliyevin iştirakı ilə keçiriləcək brifinq saat 19:30-da başlayacaq. Paytaxt təmsilçisinin mətbuat nümayəndələri üçün açıq məşqi saat 20:00-da keçiriləcək.
Shares: