Almaniya 2-ci Bundesliqasında 7-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Toğrul Eratın şərəfini qoruduğu Dusseldorf "Fortuna"sı da növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə “Bohum”la üz-üzə gəlib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Eratın adı bu matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Fortuna” 4 xalla 15-ci pillədə qərarlaşıb.