Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Monako” ilə evdə heç-heçə edən “Anderlext”in yarımmüdafiəçisi Yuri Tilemans açıqlama verib. Futbolinfo.az xəbər verir ki, yerli mətbuata danışanoyunçu, həm də “Qarabağ”dan da söhbət açıb.
Tilemans Ağdam təmsilçisini məğlub etmək üçün daha yaxşı oynamalı olduqlarını bildirib: “”Monako” güclü komandadı. Onlara qarşı yaxşı çıxış etdik. 1 xal bizim üçün pis deyil. Oyunda hakimin səhvləri olsa da, onun haqqında danışmaq istəmirəm. Bu gündən “Qarabağ”la oyunu düşünürük. Azərbaycan təmsilçisini məğlub etmək üçün daha yaxşı oynamalıyıq. “Qarabağ”la matçda 3 xal qazanmalıyıq”.
Shares: