Topaz Premyer Liqasının V turu çərçivəsində keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” oyunundan bir gün öncə mətbuat konfransı və açıq məşq təşkil olunacaq. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar"ın Bakı Olimpiya Stadionundakı məşqini izləmək üçün azarkeşlərə şərait yaradılacaq. 
Klubun rəsmi "Faceebook" səhifəsindəki məlumatda bu barədə azarkeşlərlə iş üzrə koordinator Kənan Hənifəyevlə əlaqə saxlamaq tövsiyyə olunub: "Məşqi izləmək istəyən azarkeşlərə saat 19:00-da "Koroğlu" metrostansiyasının qarşısında olmaları tövsiyyə olunur. Azarkeşlər "Neftçi" tərəfindən ayrılan avtobusla məşqə yola düşəcəklər. Digər nəqliyyat vasitələri arenaya buraxılmayacaq".
Qeyd edək ki, paytaxt təmsilçisinin mətbuat nümayəndələri üçün açıq məşqi saat 20:00-da keçiriləcək. 
Shares: