Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında limit pozuntusu qeydə alınıb. Hadisə çempionatın V turu çərçivəsində keçirilən “Zirə” – “Rəvan” matçında yaşanıb.
 
 
Buna ev sahiblərinin bolqarıstanlı baş məşqçi Kamen Vasilyevin heyəti düzgün müəyyənləşdirməməyi səbəb olub. Belə ki, Əsasnaməyə uyğun olaraq, komandaların heyətində meydançada 8 nəfərdən az olmayaraq 1994-cü il və ya daha gənc təvəllüdlü (Azərbaycan vətəndaşı) futbolçular daxil edilməlidi. Ancaq əcnəbi çalışdırıcı onlardan birini “ixtisar”a salaraq, limiti pozub. Bu isə 1:0 hesabı ilə qalib gələn “Zirə”yə texniki məğlubiyyət bahasına başa gələcək (apasport.az).
 
 
Qayda pozuntusuna sentyabrın 22-də keçiriləcək İntizam Komitəsinin iclasında baxılacaq və müvafiq qərar veriləcək.

 

Shares: