Almaniya 2-ci Bundesliqasında 7-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" də növbəti matçına çıxıb.
 
Adıçəkilən komanda səfərdə "Paderborn"la üz-üzə gəlib. Görüş "Karlsrue"nin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ehtiyat oyunçular skamyasında əyləşən Nazarov isə meydana 46-cı dəqiqədə daxil olub.
 
Qeyd edək ki, "Karlsrue" hazırda 6 xalla 15-ci pillədə qərarlaşıb.

 

Shares: