“Neftçi” baxışa dəvət etdiyi braziliyalı müdafiəçi Jayro Rodriges Filyo ilə bağlı qərarını verib. Bu barədə futbolinfo.az saytına məlumatı, klubun baş məşqçisi Samir Əliyev verib.
Gənc çalışdırıcı 2015-ci ilin son günündə 23 yaşını qeyd edəcək müdafiəçini bəyəndiklərini və onu komandada saxlayacaqlarını deyib: "Bəli, onun komanda da qalmasına qərar verdik. Gələn həftə müdafiəçi ilə müqavilə imzalayacağıq. Filyo 6-cı turdan etibarən komandanın şərəfini qoruyacaq". 
Qeyd edək ki, sentyabrın 8-dən “ağ-qaralar”ın düşərgəsində olan braziliyalı müdafiəçinin son klubu Portuqaliya “Trofense”si olub.
Shares: