Bu gün "Bakı Olimpiya Stadionu" ehtiyyat meydançasında "Neftçi" Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində üz – üzə gələcək "Xəzər Lənkəran"la oyun öncəsi son məşqinə çıxıb. Futbolinfo.az xəbər verir ki, məşqdən əvvəl paytaxt təmsilçisinin baş məşqçisi Samir Əliyev jurnalistlər üçün brifinq keçirib.
– "Xəzər Lənkəran"la oyuna hazırlıq necə keçdi?
– Bu oyuna heç bir xüsusi fərq qoymadıq. Digər rəqiblərə qarşı görüşlərə necə hazırlamışdıqsa, sabahkı matça da həmçinin. Fikrimcə, hazırlığımız normal qaydada keçib.

– Heyətinizdə çatışmazlıqlar var?
– Qapıçımız Aqil Məmmədov zədəlidi və Ayılton qırmızı vərəqə səbəbindən lənkəranlılarla oyunu buraxacaq. Sabahkı matçda çərçivəni yeni transfer etdiyimiz Peskoviçə həvalə edəcəm.

– "Xəzər Lənkəran"nın ixtiyarında cəmi 14 futbolçu var. Bu, komandanızın şanslarını artırırmı?
– İlk baxışdan cənub təmsilçisinin heyətinin böyük əksəriyyətini gənclər təşkil edir. Ancaq unutmayaq ki, bu uşaqlar ötən mövsüm də komandanın əsas heyət üzvlər olublar. Bizdə də yetərincə gənc futbolçu var. Düşünürəmki, sabah azarkeşlər maraqlı oyuna şahidlik edəcəklər.

– Braziliyalı Filyonun transfer məsələsinə aydınlıq gəldimi?
– Bəli, onun komanda da qalmasına qərar verdik. Gələn həftə müdafiəçi ilə müqavilə imzalayacağıq. Filyo 6-cı turdan etibarən komandanın şərəfini qoruyacaq.

– Əlinizdəki heyətlə cari mövsümdə "Neftçi " nəyə ümid edə bilər?
– Xalları çətinliklə qazanırıq. Sabahda 3 xal əldə etmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Qışadək yolumuzu bu heyətlə davam etdirəcəyik. Qış "transfer pəncərəsi" zamanı isə minimum daha 2 əcnəbini sıralarımıza qatacağıq.

– Ardıcıl 2 qələbə qazanan " Neftçi" sabah bu seriyanı 3-ə çatdırsa, demək olarmı ki, komandanız "qara zolaq"dan çıxdı?
– Bildiyiniz kimi futbolçularımızın əksəriyyəti gəncdi. Onlardan sabit nəticələr gözləmək yersizdi. Əlbəttə ki, çempionatın gedişində eniş zolağı qaçılmazdı.

– Ruslan Abışov və Vüqar Nadirovun adları komandanızla yanaşı hallansa da, hər iki futbolçu "Qəbələ"yə üstünlük verdi…
– Həm Ruslan, həm də Vüqar milli üzvləridi. Ancaq heç birinin keçidi "Neftçi"nin gündəmində olmayıb.

– "Böyük oyun"da səfər komandalarının azarkeşlərinin tribunalara buraxılmaması na münasibətiniz?
– Bununla bağlı qərar verilib. Hər bir qərara hörmətlə yanaşıram. Ancaq qeyd edim ki, futbol azarkeşlər üçün oynanılır. Ümid edirəm, artıq növbəti dövrədə hər iki komandanın fanatları tribunalara buraxılacaq.

– "Neftçi" və "Xəzər Lənkəran" əvvəlki əzəmət sahibi deyillər. Düşünmürsünüz ki, bu matç "Böyük oyun" statusunu itirib?
– Burada "Qarabağ"la Londona gedən jurnalistlərdə var. "Böyük oyun" statusunu itirsə idi, Gəncədə qalıb, "Kəpəz" – "Qarabağ" matçını izləyərdiniz.

CEYHUN ƏLİYEV