Türkiyə superliqasında 5-ci turun qarşılaşmalarına yekun vurulub. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
 
Belə ki, “Başakşəhər” “Akhisar”ı məğlub edib – 2:0. “Osmanlıspor” isə səfərdə “Mərsin”ə 4 cavabsız qolla qalib gəlib. Günün mərkəzi qarşılaşması isə Trabzonda baş tutub. Burada yerli "Trabzonspor" klubu Türkiyə nəhəngi "Qalatasaray"la münasibətlərini aydınlaşdırıb. 
 
“Fənərbaxça” isə “Bursaspor"la üz-üzə gəlib. Oyun İstanbul təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:1.
 
Qeyd edək ki, turun son görüşündə “Beşiktaş” səfərdə “Gənclərbirliyi”nin qonağı olub. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
 
 
Türkiyə superliqası
5-cu tur
 
18 sentyabr
 
“Başakşəhər” – “Akhisar”  2:0
QOL: Mehmet Batdal, 14. Edin Viska, 62
 
“Mərsin” – “Osmanlıspor”  0:4
QOL: Pyer Vebo, 34. Ndiaye, 39; 90; 92
 
19 sentyabr
 
“Rizəspor” – “Antalyaspor”  5:1
QOL: Oboabona, 3, Özek, 14, Kadah, 25, 49, 64 – Bassan, 8
 
“Sivasspor” – “Konyaspor”  0:0
 
“Trabzonspor” – “Qalatasaray” 0:1
QOL: S. Embiya, 82, (öz qapısına)
 
“Əskişəhərspor” – “Kasımpaşa” 0:3
QOL: Titi, 45, Skarione, 57, Ə. Dərdiyox, 88
 
 
20 sentyabr
 
“Qaziantepspor” – “Kayserispor” 1:0
QOL: M. Demir, 62, (Pen.)
 
“Fənərbaxça” – “Bursaspor” 2:1
QOL: Nani, 20, Van Persi, 79 – T. Necid, 63
 
21 sentyabr
 
“Gənclərbirliyi” – “Beşiktaş” 1:1
QOL: Toşiç, 23, (öz qapısına) – G. Törə, 67
 
1. Fənərbaxça 5 4 1 0 8:3 13
      
2. Beşiktaş 5 3 1 1 13:5 10
      
3. Trabzonspor 5 3 1 1 6:4 10
      
4. Rizəspor 5 2 3 0 11:6 9
      
5. Kasımpaşa 5 3 0 2 7:2 9
      
6. Antalyaspor 5 3 0 2 10:10 9
      
7. Osmanlıspor 5 2 2 1 9:5 8
      
8. Qalatasaray 5 2 2 1 9:6 8
      
9. Qaziantəpspor 5 2 1 2 2:7 7
      
10. Akhisar 5 1 3 1 5:5 6
      
11. Başaksəhər 5 2 0 3 6:7 6
      
12. Konyaspor 5 1 3 1 5:7 6
      
13. Kayserispor 5 1 2 2 4:5 5
      
14. Sivasspor 5 0 4 1 6:8 4
      
15. Gənclərbirliyi 5 1 1 3 7:10 4
      
16. Əskişəhərspor 5 1 1 3 5:10 4
      
17. Bursaspor 5 1 0 4 5:8 3
      
18. Mərsin 5 0 1 4 4:14 1
 

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp