Bu gün Topaz Premyer Liqasında 5-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, İnter" səfərdə AZAL-ı 1:0 hesabı ilə məğlub edib.
Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov məğlubiyyəti belə şərh edib:
“Ardıcıl 4 məğlubiyyətdən sonra “İnter”ə qarşı matçda qalib gəlmək, xal qazanmaq istəyirdik. Təəsüflər olsun ki, komandam birinci hissədə zəif çıxış etdi. İkinci hissədə təzyiqi artırıb, qol epizodları yaratdıq. Amma qol vura bilmədik. Hücumçu problemi aktual olaraq, qalır. Məğlubiyyətlər olsa da, AZAL mübarizə aparır. Lakin bu son deyil. Məqsədimiz “qara zolaq”dan çıxmaqdı. Komandanın durumunu bilirsiniz. Bu heyətlə də olsa, “qara zolaq”dan çıxacağıq. İndiki vəziyyətdə komandanı bu vəziyyətdə qoyub, getmək istəmirəm. Getsəydim, büdcəni eşidəndə gedərdim. Rəhbərlik istəsə gedərəm. Əgər bu yükün altına girmək istəyən varsa, mən getməyə hazıram”.