Türkiyə PTT 1-ci Liqasında 5-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, 21 yaşlılardan ibarət Azərbaycan millisinin üzvü Timur Təməltaşın şərəfini qoruduğu “Altınordu” da növbəti matçına çıxıb.
Adıçəkilən komanda doğma meydanda "Alanyaspor"la üz-üzə gəlib. Görüş ev sahibi komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan yarımmüdafiəçimiz oyunu əvəzedilmədən keçirib. O, 31-ci dəqiqədə komandasının 1-ci qolunu vuraraq qələbədə pay sahibi olub.

Qeyd edək ki, “Altınordu” 5 xalla 14-cü pillədə qərarlaşıb.