Ötən gün "Bakı Olimpiya Stadionu"nun ehtiyyat meydançasında "Xəzər Lənkəran" Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Neftçi" ilə oyun öncəsi son məşqini keçirib. Futbolinfo.az xəbər verir ki, məşqdən əvvəl cənub təmsilçisinin baş məşqçisi Yunis Hüseynov jurnalistlərin suallarını cavablandırıb.
– "Böyük oyun"a hazırlıqlar necə keçir?
– Matça ciddi hazırlaşırıq. Azarkeşlərimizdə bu oyunu gözləyir. Təəssüf ki, yeni transferlərimiz bu qarşılaşmada çıxış edə bilməyəcək. Amma buna baxmayaraq çalışacağıq ki, gənc fubolçularla Lənkərana yaxşı nəticə ilə qayıdaq.

– Bu gənc heyətlə 4-cü turu çıxmaqla məğlub olmamışdınız. Ötən turda isə kifayət qədər dişli kollektivlə vuruşa bildiniz. Bəs Bakıdan 3 xal aparmaq real görünürmü?
– Hər bir oyundan 3 xal aparmaq real görünür. Ona görə də, meydanda mübarizə aparmaq lazımdı. Artıq bu gənclərin xal qazanmaq vaxtıdı.
– Hər bir oyundan 3 xal aparmaq real görünür. Ona görə də, meydanda mübarizə aparmaq lazımdı. Artıq bu gənclərin xal qazanmaq vaxtıdı.
– Bakıda oynamaq sizə hansısa təzyiq göstərəcəkmi?
– Üstümüzdə heç bir təzyiq yoxdu. Qalib gələcəyimizə inanıram. Azarkeşlərdə komandadan qələbə gözləyir.
– Üstümüzdə heç bir təzyiq yoxdu. Qalib gələcəyimizə inanıram. Azarkeşlərdə komandadan qələbə gözləyir.
– Sabah "Xəzər Lənkəran" azarkeşlərinin olmaması komandanın oyununa təsir göstərə bilərmi?
– Əlbəttə, azarkeşlərin olmaması oyunumuza mənfi təsir göstərəcək. Əgər bu, "Böyük oyun"dusa, azarkeşlər olmalı idi.
– Əlbəttə, azarkeşlərin olmaması oyunumuza mənfi təsir göstərəcək. Əgər bu, "Böyük oyun"dusa, azarkeşlər olmalı idi.
– Siz həmişə cəsarətli məşqçi kimi fubolsevərlərin qəlbini oxşaya bilmisiniz. "Spartak Trnava" oyunundan öncə sizə sual vermişdim ki, nə gözləyirsiniz? Demişdiniz ki, çıxacağam, udacağam! "Neftçi" ilə matç öncəsi o sözü deyə bilərsiniz?
– Mən həmişə deyirəm, udacağıq! (gülür).
– Mən həmişə deyirəm, udacağıq! (gülür).