Ötən gün Topaz Premyer Liqasında 5-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Zirə" evdə "Rəvan"ı 2:1 hesabı ilə məğlub edib.
Qarşılaşmada maraqlı hadisə yaşanıb. Belə ki, qapıçı ilə üzbəüz qalan zirəli futbolçu Nelsonun topu ayağında saxlaya bilməməsi komanda yoldaşını da özündən çıxarıb. Oyunu tribunadan izləyən Nicat Qurbanov həmin epizodda əsəbi şəkildə komanda yoldaşına "şikəst" deyərək, etirazını bildirib.
Ümumiyyətlə, zədə səbəbindən "18-liy"ə adı salınmayan futbolçu əksər epizodlarda komanda yoldaşlarının səhvlərinə bu cür reaksiya verir.