İspaniya La Liqasında 4-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar" klubu da növbəti matçına çıxıb.
 
Adıçəkilən komanda doğma meydanda "Atletiko" ilə üz-üzə gəlib. Görüş "Eybar"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ehtiyat oyunçular skamyasında əyləşən İsrafilov isə sona kimi də orada qalıb.
Qeyd edək ki, "Eybar" hazırda 7 xalla 6-cı pillədə qərarlaşıb.

 

Shares: