"Barselona"nın braziliyalı müdafiəçisi Dani Alveş zədəsini sağaldıb. Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
Mənbədən bildirilir ki, braziliyalı futbolçu komandanın son məşqinə qatılıb. Kataloniya təmsilçisinin baş məşqçisi Luis Enrike ona şans verəcəyi təqdirdə 32 yaşlı futbolçu bugün "Levante" ilə oyunda iştirak edə biləcək.
 
Qeyd edək ki, Alveş La Liqanın ilk turunda "Atletiko" ilə matçda zədələnmişdi.
Shares: