“Qalatasaray” klubu ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, komandanın aparıcı üzvü Burak Yılmaz zədələnib.
Türkiyə mətbutının verdiyi məlumata görə, Türkiyə superliqasının son turunda "Trabzonspor"la qarşılaşmanın matçın 64-cü dəqiqəsində ayağında ağrı hiss edən hücumçu Umut Bulutla əvəz olunub. Hücumçu tibbi müayindən keçdikdən sonra ən azı 10 gün meydana çıxa bilməyəcəyi məlum olub.
Qeyd edək ki, Burak superliqada “Qaziantepspor”, Çempionlar Liqasında isə “Astana” ilə oyunlarda iştirak edə bilməyəcək.