Ukrayna çempionatında 8-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Metallurq" da növbəti matçına çıxıb.
 
Adıçəkilən komanda öz meydanında "Metallist"lə üz-üzə gəlib. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Start heyətində meydanda çıxan Paşayev oyunu əvəzedilmədən keçirib. Müdafiəçi 34-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
 
Qeyd edək ki, "Metallurq" 3 xalla 13-cü pillədə qərarlaşıb.

 

Shares: