Topaz Premyer Liqasının 5-ci turunda AZAL üzərində 1:0 hesablı qələbə qazanan “İnter”in əsas qapıçısı Səlahət Ağayevin adı “18-lik”də yox idi. 2 ilə yaxındır ki, “İnter”in əsas qapıçısı və kapitanı olan səlahətin yoxluğu zədə ilə bağlıdır.
 
Futbolinfo.az saytının məlumatına görə, 24 yaşlı qapıçının sağ ayağında problemlər var. Hazırda məşq edə bilməyən qolkiperin son durumu 2 gün ərzində bilinəcək. Çox güman ki, həkimlər milli komandaya da dəvət alan Səlahəti “Kəpəz”lə çempionat oyununa qədər hazır vəziyyətə gətirəcəklər.
Shares: