Cari mövsümdə keçirdiyi hər 5 oyunu məğlub başa vuran AZAL-ın heyət baxımından ciddi problemləri var. Xüsusən də hücumçu sarıdan korluq çəkən AZAL-da işlər daha da düyünə düşüb.
 
Belə ki, baş məşqçi Tərlan Əhmədovun heyətdə görmək istədiyi Misir əsilli futbolçu Hamid Yasinin keçidi baş tutmayıb. Bir müddətdir ki komanda ilə məşq edən və hətta iki illik müqavilə imzalayacağı gözlənilən oyunçu ilə danışıqlar son anda müsbət yekunlaşmayıb. Odur ki, baş məşqçi Tərlan Əhmədov yenidən hücumçu axtarışına çıxıb.
Shares: