Topaz Premyer Liqasında 5-ci turun qarşılaşmaları davam edir. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" səfərdə "Kəpəz"i 3:2 hesabı ilə məğlub edib.
Gəncə şəhər stadionundakı arşılaşmadan sonra Ağdam klubunun yarımmüdafiəçisi Coşqun Diniyev saytımıza açıqlama verib. O, qardaşı Kərim və atası Şahin Diniyevevin şərəfini qoruduğu komandaya ilk qolu vurmasını belə şərh edib: 
“Mənim üçün çox qəribə bir oyun idi. İlk dəfdi ki, atamın rəhbərlik etdiyi komandaya qarşı oynayırdım. Kərimlə üz-üzə çox gəlmişik.  Çıxıb, öz oyunumu oynadım. Qol vurduqdan sonra isə atama görə sevinmədim. Başımı aşağı salıb, öz mövqeyimə qayıtdım. Düşünürəm ki, atam bu qoldan sonra hesabda geri düşsə də, eyni zamanda sevindi. Bundan sonra belə görüşlər tez-tez olacaq. Penaltini vurmağı özüm istədim. Əslində, Pupon vurmalı idi. Amma həmin epizodda komanda yoldaşım zədələndi. Topa mən yaxın idim və onu əlimə götürdüm. Qurban müəllim də penalti vurmağıma etiraz etmədi və mən zərbəni yerinə yetirdim”.
Shares: