Bu dəqiqə davam edən "Neftçi" – "Xəzər Lənkəran" oyununda yerli azarkeşlər rəqib qapıçını təzyiq altında saxlayır. Məlum qadağa üzündən cənublu azarkeşlərin buraxılmadığı oyunda qolkiper Orxan Sadıqlının dayandığı qapının arxasında qərar tutan bakılı fanatlar onun fikrini yayındırır: "Orxan, gəl bura, bir az mırtlaşaq".
Bəlkə də, elə bu təzyiqin nəticəsi idi ki, Sadıqlı oyunun əvvəlində topa ehtiyatsız çıxaraq, penaltiyə səbəbkar oldu. Ancaq Orxan Araz Abdullayevin 11 metrlik nöqtədən vurduğu zərbəni dəf etməklə günahını yudu. Bundan sonra azarkeşlərin təzyiqi də dayandı.
Xüsusi orkestrin hücuma həvəsləndirdiyi "Neftçi"də də qapıçıyla bağlı maraqlı məqam var. Belə ki, zədəli Aqil Məmmədovun yoxluğunda bakılıların qapısını ilk oyununa çıxan Miçal Peskoviç qoruyur.
Shares: