Bu gün Topaz Premyer Liqasının 5-ci turun növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Neftçi" öz meydanında əzəli rəqibi "Xəzər Lənkəran"la 1:1 bərabərə qalıb.
"Bakcell Arena"dakı "Böyük oyun"dan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Samir Əliyev heç-heçəni belə şərh edib:
“Görüşdən öncə "Böyük oyun"un əhəmiyyətini itirdiyini deyirdilər. Məncə, "Böyük oyun"a layiq bir mübarizə getdi. Mübarizə, qırmızı vərəqə, vurulmayan penalti… Futbolda səhvlər olur. Biz də səhvlər etdik. Məncə, Erik Ramos ədalətli oyun qaydalarına riayət etməli, topu rəqibə qaytarmalı idi. Amma bunu etmədi. Onunla bu barədə söhbət edib, eyni halın təkrarlanmamasını tapşıracağam. Ola bilsin ki, qələbə istəyindən irəli gələn bir şeydi. Amma istənilən halda, olmamalıdı”.