Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Neftçi” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edib. Futbolinfo.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşmanı AFFA-nın baş katibi Elxan Məmmədov da izləyib.
O, görüşdən sonra saytımıza açıqlama verib: “Maraqlı və sürətli oyun oldu. “Xəzər Lənkəran” 10 nəfərlə qalmağına baxmayaraq, 1 xal qazana bildi. Razıyam lənkəranlı azarkeşlərin yoxluğu oyunu bir az maraqsız edirdi. Lakin bu təhlükəsizliklə əlaqədar atılmış addımdı. Biz də istərdik stadion dolu olsun. Əminəm ki, gələcəkdə hər şey öz qaydasına düşəcək”.